AZERFAX TV
Mingəçevirdə antisanitar vəziyyət yarandı – FOTO

Mingəçevir şəhərindəki Günəş küçəsində kanalizasiya borusu sıradan çıxıb, ərazidə antisanitar vəziyyət yaranıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə yerli sakinlər Teleqraf-a məlumat veriblər. Bildirilib ki, aidiyyəti qurumlar problemin aradan qaldırılması üçün heç bir tədbir görmürlər.
Kanalizasiya daşması nəticəsində ətrafa kəskin qoxu yayılıb.
Məhəllədə azyaşlı uşaqların da olduğu nəzərə alınsa, bu durum müxtəlif xəstəliklərin yayılmasına şərait yarada bilər.
Sakinlər tezliklə tədbir görüləcəyinə ümid edirlər.





