AZERFAX TV
Mirziyoyev Paşinyana zəng edib – Nəyi müzakirə ediblər?

Ermənistanın Baş nazir Nikol Paşinyan Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı zamanı regional inkişafları, o cümlədən rabitənin açılması səylərini müzakirə edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.
Mirziyoyev Paşinyanı yenidən baş nazir seçilməsi münasibətilə təbrik edib. Söhbətdə Ermənistan-Özbəkistan münasibətlərinin daha da inkişaf etdirilməsi və ikitərəfli gündəmlə bağlı məsələlər müzakirə edildi. Onlar ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.
Müəllif: Tural



