Ölkə

“Çox şükür, 7-ci dəfə ərə getdim”

Türkiyənin məşhur müğənnisi və aparıcısı Seda Sayan şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi münasibətlər barədə danışarkən öz təcrübəsindən nümunə gətirib. Sayan bir insanın münasibətlərdə yaşadığı təcrübələrin əhəmiyyətli olduğunu vurğulayıb.

Sənətçi özü də dəfələrlə ailə həyatı qurduğunu xatırladaraq, bu məsələdə təcrübənin roluna diqqət çəkib. Onun sözləri sosial mediada da maraqla qarşılanıb.

Seda Sayan daha əvvəl də şəxsi həyatı və evlilikləri ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. Hazırda onun həyat yoldaşı Çağlar Öktenlə evliliyi davam edir. Cütlük 2022-ci ildə nikah masasına əyləşib.

Sayan münasibətlər barədə məsləhət verərkən zarafatla özünü nümunə göstərərək “Çox şükür, 7-ci dəfə ərə getdim” ifadəsini işlədib. Onun bu sözləri həm təəccüb, həm də gülüşlə qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button