Mourinyo Mbappeni “yadplanetli” adlandırdı

“Real”ın baş məşqçisi Joze Mourinyo Kilian Mbappeni “yadplanetli səviyyəsində” futbolçu adlandırıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
“Mbappe inanılmazdır. Bəzən məşqlərdə məni güldürür. O, inanılmaz dərəcədə yaxşıdır. Bu, həqiqətən də yadplanetli səviyyəsində futbolçudur”, deyə Mourinyo deyib.
Mbappe 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda İngiltərə ilə oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib. Bununla da fransalı hücumçunun dünya çempionatlarında vurduğu qolların sayı 22-yə çatıb. O, Lionel Messini (21 qol) geridə qoyaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olub.
Bundan əlavə, fransalı hücumçu DÇ-2026-nın bombardirlər yarışında liderliyə yüksəlib. 27 yaşlı futbolçunun hazırkı dünya çempionatında hesabında 10 qol və dörd məhsuldar ötürmə var.



