AZERFAX TV

Mourinyonun Arda ilə bağlı planı bəlli oldu: Zəng edib deyib ki…

“Real Madrid”in baş məşqçisi olacağı deyilən portuqaliyalı mütəxəssis Joze Mourinyo “kral” klubundakı işi ilə bağlı planlar qurur.

AZERFAX.AZ xəbər verir ki, jurnalist İqnasio Sançezin sözlərinə görə, Mourinyo türkiyəli yarımmüdafiəçi Arda Güləri komandanın əsas oyunçusu etmək istəyir.

Mourinyo şəxsən yarımmüdafiəçi ilə əlaqə saxlayıb və komandada rolunu ona izah edib. 21 yaşlı türk futbolçu “kral klubu”na 2023-cü ilin yayında qoşulub. Gülərin müqaviləsi 2029-cu ilin iyun ayının sonunda bitir. Yarımmüdafiəçinin transfer dəyəri 90 milyon avrodur.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button