AZERFAX TV
Müharibədə daha bir azərbaycanlı həlak oldu

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə daha bir azərbaycanlı həlak olub.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, Qax rayonunun Fıstıqlı kənd sakini, 1987-ci il təvəllüdlü Maqsudov Mahmud Mübariz oğlunun nəşi Azərbaycana gətirilərək doğulduğu Fıstıqlı kəndində dəfn olunub.
Qeyd edək ki, M. Maqsudov uzun müddətdir Rusiyada yaşayıb və Rusiya–Ukrayna arasında gedən döyüşlərdə Rusiya tərəfdən iştirak edib.



