AZERFAX TV

Nəriman Axundzadə rəsmən “Ərzurumspor”da – Foto

Türkiyənin “Ərzurumspor” komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferini açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, 22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.

Mərasimdə Ərzurum təmsilçisinin prezidenti Ahmet Dal da iştirak edib.

Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevral ayında ABŞ-ın “Kolambus Kryu” klubuna transfer olunub. O, MLS təmsilçisinin heyətində fərqlənə bilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button