AZERFAX TV
Pentaqon dronlara görə hərəkətə keçdi

Pentaqon ilk dəfə olaraq ABŞ-ın “AeroVironment” texnologiya şirkətindən 400 milyon dollar dəyərində “Locust” lazer anti-dron sistemləri tədarük edəcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ ordusu kiçik və orta ölçülü pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün daha sərfəli və etibarlı üsullar axtarırdı və yeni sistem sayəsində bu, mümkün olacaq.



