AZERFAX TV
Oveçkinin xokkey çubuğu bu qiymətə satıldı

“Vaşinqton Kapitals”ın hücumçusu və kapitanı Aleksandr Oveçkinin xokkey çubuğu “Fan’s Dream” hərracında 940.000 rubla (təxminən 20 min manat) satılıb.
AZERFAX.AZ xəbər verir ki, bildirilir ki, Oveçkin 2025/2026 mövsümündə bu çubuqdan istifadə edib, bir neçə qol vurub və vacib məhsuldar ötürmələr edib. Satışdan əldə edilən gəlir xeyriyyəçiliyə yönəldiləcək.
Ötən müntəzəm mövsümdə Oveçkin 82 oyun keçirib, 32 qol vurub və 32 məhsuldar ötürmə edib. Ona Ueyn Qretskinin bütün zamanların qol rekordunu (müntəzəm mövsüm + pley-off) qırmaq üçün 11 qol lazımdır.



