AZERFAX TV

NATO Zirvəsi öncəsi Yunanıstandan “emblem oyunu”

Yunanıstanın Türkiyəyə qarşı hərbi-diplomatik xəttdə atdığı yeni addım regionda diqqət çəkib.

AZERFAX.AZ “Milliyet”ə istinadən xəbər verir ki, Yunanıstan Baş Qərargahı Türkiyə ilə sərhəddə yerləşən 4-cü Korpusa bağlı 29-cu Mexanikləşdirilmiş Piyada Briqadasının emblemində dəyişiklik edib.

Dəyişikliyə əsasən, Qərbi Trakiya xəritəsinə hərbi statusu olmayan Semadirek adası da əlavə olunub. Həmçinin emblem üzərindəki əsgər fiqurunun istiqaməti və görünüşü yenilənib.

Bu addımın 1914-cü il razılaşması ilə silahsızlaşdırılan və Lozanna müqaviləsində də statusu təsdiqlənən Semadirek adasının simvolik şəkildə hərbi sahəyə daxil edilməsi kimi qiymətləndirildiyi bildirilir.

Eyni zamanda, son illərdə Dedeağaç limanının ABŞ və NATO-nun logistik mərkəzlərindən birinə çevrilməsi Semadirek adasının strateji əhəmiyyətini artırıb.

Yunanıstanın bu addımı NATO Zirvəsi ərəfəsində regionda müdafiə siyasətinə dair mesaj kimi dəyərləndirilib.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button