AZERFAX TV

Netanyahu BMT-də “Hizbullah”ı çökdürən peyceri nümayiş etdirdi

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının tribunasına peycer gətirərək həmin qurğuların kütləvi şəkildə partladılması ilə “Hizbullah”a qarşı keçirilən əməliyyatı xatırladıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

“Netanyahu peyceri götürdü və dedi: “İsrail HƏMAS-a zərbə endirdi, biz “Hizbullah”a zərbə endirdik. Peycerləri xatırlayırsınız? Sizə deyə bilərəm ki, “Hizbullah” onları dəqiq xatırlayır”, – deyə o bildirib.


Onun sözlərinə görə, “Hizbullah” İsraili məhv etmək və darmadağın etmək istəyirdi, lakin ordunun işi və müttəfiqlərin köməyi sayəsində bundan yayınmaq mümkün olub.

Netanyahunun çıxışından əvvəl bəzi ölkələrin nümayəndə heyətləri BMT Baş Assambleyasının zalını tərk ediblər. İsrailli siyasətçi nitqinin əvvəlində hələ çıxmağa macal tapmayanları bunu etməyə çağırıb.

“Əgər hələ də bu zalı tərk etməmiş hər hansı mənəvi qorxaqlar varsa, xahiş edirəm, indi bunu edin”, – deyə o söyləyib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button