Ölkə

Papa XIV Leo Fransaya səfər edəcək

Roma Papası XIV Leo cümə günü Fransaya dörd günlük apostol səfərinə yollanacaq.

AZERFAX.AZ xəbər verir ki, səfərin başlanması münasibətilə Fransadakı bütün kilsələrin zəngləri 7 dəqiqə çalınacaq. Papa Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşəcək, daha sonra UNESCO-nun qərargahını ziyarət edəcək.

Şənbə günü Parisdəki Konkord meydanında təxminən 600 min nəfərin iştirakı ilə ayin keçiriləcək. Papa daha sonra Lurda gedərək dini mərasimlərdə iştirak edəcək.

Səfərin sonuncu dayanacağı Metsi olacaq. XIV Leo burada Avropada sülh və birlik mövzusunda çıxış edəcək və Müqəddəs Stefan kilsəsində 40 min nəfər qarşısında ayin keçirəcək.

Related Articles

Bir cavab yazın

Back to top button