AZERFAX TV

Netanyahu Təhlükəsizlik Şurasını topladı

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında artan münaqişə fonunda ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib.

AZERFAX.AZ xəbər verir ki, iclasda İranın ölkəyə mümkün hücumu zamanı hansı cavab tədbirlərinin görüləcəyi müzakirə olunub.

Bildirilir ki, İsrail Müdafiə Qüvvələri hücum edəcəyi təqdirdə İrana qarşı bir sıra cavab tədbirləri hazırlayıb.

Münaqişənin mümkün eskalasiyası halında İsrailin öz hərəkətlərini ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə sıx əlaqələndirəcəyi də qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button