AZERFAX TV
Netanyahudan Hörmüz boğazı ilə bağlı etiraf

İrana qarşı müharibədən əvvəl İsrail və ABŞ Hörmüz boğazındakı vəziyyətin nəticələrinin nə qədər ciddi ola biləcəyini anlamayıblar.
AZERFAX.AZ xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu “CBS News” telekanalına müsahibəsində etiraf edib.
“Düşünmürəm ki, bunu dəqiq hesablaya bilərdik, döyüşlər irəlilədikcə Hörmüz boğazı problemi dərk edildi. Mən hadisələri ideal şəkildə qabaqcadan proqnozlaşdırdığımı demirəm və heç kim buna qadir deyil”, – Netanyahu qeyd edib.
O, hazırkı vəziyyətin İran üçün böyük risklər yaratdığını da bir daha xatırladıb.



