Hadisə

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu.

Göygöldə sürücünün idarəetməni itirməsi 5 nəfərin xəsarəti ilə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə Göygöl şəhərində baş verib. Hərəkətdə olan avtomobil idarəetmədən çıxması nəticəsində maşın yol kənarında olan işıq dirəyinə çırpılıb. Qəza zamanı 2000-ci il təvəllüdlü Ə. İsmayılov, 2001-ci il təvəllüdlü C. Bəylərov, 2003-cü il təvəllüdlü E. Həsənov, 2006-cı il təvəllüdlü E.Quliyev və 2001-ci il təvəllüdlü V.Bəylərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.  Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button