İdman

“Barselona” “Real”ı məğlub edərək İspaniya çempionu olub

İspaniyanın “Barselona” klubu futbol üzrə ölkə çempionatının 2025/26 mövsümünün qalibi olub.

AZERFAX.az xəbər verir ki, Kataloniya təmsilçisi 35-ci tur çərçivəsində yenilənmiş “Kamp Nou”da Madridin “Real” klubunu 2:0 hesabı ilə məğlub edib.

“Kamp Nou” stadionunda keçirilən görüşdə qolları Markus Reşford və Ferran Torres vurublar.

“Barselona” bu qələbədən sonra xallarını 91-ə çatdıraraq ən yaxın izləyicisi olan “Real”ı sona üç tur qalmış 14 xal qabaqlayıb və çempionluğu rəsmiləşdirib.

Kataloniya klubu tarixində 29-cu dəfə İspaniya çempionu olub. B

Matçdan əvvəl “Barselona”nın baş məşqçisi Hansi Fkikin atasının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Jurnalist Jerar Romeronun məlumatına görə, o, mayın 10-na keçən gecə vəfat edib.

2024-cü ildən “Barselona”nı çalışdıran Flik komandanı ardıcıl ikinci dəfə İspaniya çempionu edib. Alman mütəxəssis rəhbərliyi altında klub həmçinin İspaniya Kubokunu və iki dəfə ölkə Superkubokunu qazanıb.

Related Articles

Bir cavab yazın

Back to top button