AZERFAX TV

Oğruları yapışqan lentə büküb polisə təhvil verdi

İndoneziyada evinə dəfələrlə oğru girən ev sahibi qonşularının köməyi ilə 4 şübhəlini cinayət başında yaxalayıb.

AZERFAX.AZ yerli mətbuata istinadən xəbər verir ki, məhəllə sakinləri şübhəliləri birbaşa polisə təhvil vermək əvəzinə yaddaşlardan silinməyəcək üsula əl atıblar.

Tutulan oğrular başdan ayağa qədər yapışqan lentə bükülüb. Onların bu görünüşü “Teletubbies” qəhrəmanlarını xatırladıb.

Daha sonra həmin vəziyyətdə polis əməkdaşlarına təhvil verilən şübhəlilərin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button