AZERFAX TV
ölü və yaralı sayı artır

Avqustun 1-nə keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxsaylı hava zərbələri endirib.
AZERFAX.AZ xəbər verir ki, Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı 9-a çatıb, 23 nəfər isə xəsarət alıb.
Ölü və yaralı sayının artacağı istisna edilmir.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib ki, ballistik hücum nəticəsində beş rayonda yanğınlar və dağıntılar qeydə alınıb.
Ən çox Solomyansk, Darnitsk və Şevçenkovsk rayonlarına ziyan dəyib.
Hadisə yerlərində yanğınsöndürənlər və xilasedicilər işlərini davam etdirirlər.



