AZERFAX TV

Pakistanda etiraz aksiyasında kamikadze hücumu: polis əməkdaşları və mülki şəxslər öldü

Pakistanın Svat rayonunda etiraz aksiyası zamanı edilən kamikadze hücumu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

AZERFAX.AZ xəbər verir ki, bunu rayonun polis rəisi Ömər Xan açıqlayıb.

***

Pakistanın şimalındakı Svat rayonunda polis bölməsinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı kamikadze hücumu baş verib. Hadisə nəticəsində on üç nəfər ölüb, 22 nəfər yaralanıb.

AZERFAX.AZ xəbər verir ki, polisdən verilən məlumata görə, bir nəfər insanların sıx olduğu yol ayrıcında yerləşən polis bölməsinə daxil olmağa cəhd edib, lakin əsas girişdə polis əməkdaşları tərəfindən saxlanılıb. Kamikadze daha sonra əynində olan partlayıcı qurğu ilə doldurulmuş jileti işə salıb.

Ölənlərdən 8-i polis əməkdaşıdır.

Qeyd edək ki, Əfqanıstanla həmsərhəd Xayber-Paxtunxva əyalətində yerləşən Svat rayonunda hakimiyyət orqanları Pakistan Talibanı Hərəkatı (TTP) tərəfindən həyata keçirilən getdikcə genişlənən silahlı qiyamla mübarizə aparır.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Related Articles

Bir cavab yazın

Back to top button