AZERFAX TV

Premyer Liqa: “Kəpəz” “Qəbələ”yə qalib gəldi

Misli Premyer Liqasının V turunda “Kəpəz” Gəncədə “Qəbələ”ni məğlub edib.

AZERFAX.AZ xəbər verir ki, matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Viktor Stina vurub.

“Qəbələ” 4 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. 6 xala malik Gəncə klubu isə 6-cı pilləyə yüksəlib.

Günün son matçında “Şamaxı” səfərdə “Sumqayıt”ın qonağı olacaq.

Xatırladaq ki, turun ötən gün baş tutan açılış oyununda “Neftçi” “İmişli”ni 3:2 hesabı ilə məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.

Related Articles

Bir cavab yazın

Back to top button