AZERFAX TV
Putin Çinə səfər edəcək

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinin Çinə səfərinin hazırlandığını bildirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.
Peskov deyib: “Çinə səfər hazırlanır. Tarixləri vaxtında elan edəcəyik”.
Putinin Çinə gözlənilən səfəri ABŞ Prezidenti Donald Trampın həmin ölkəyə planlaşdırılan səfərindən dərhal sonra baş tuta bilər. Əvvəlcə Tramp martın sonunda Çinə getmək istədiyini bildirsə də, İrandakı müharibənin uzanması səbəbindən Ağ Ev səfərin 14–15 may tarixlərinə keçirildiyini elan edib. Çin tərəfi isə bu məlumatı hələlik təsdiqləməyib.
Hüseyn İbadlı



