Tramp İrana qarşı əməliyyatı başa çatdırdı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başa çatdığını iddia edir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Fox News” Amerika liderinə istinadla məlumat yayıb.
Bundan əvvəl Tramp ABŞ və İran arasında danışıqların növbəti raundu barədə danışıb. Amerika lideri bildirib ki, Birləşmiş Ştatlar və İran arasında danışıqların yeni mərhələsi yaxın iki gün ərzində – aprelin 15-i və 16-da baş tuta bilər.
Aprelin 11-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İslam Respublikası arasında Hörmüz boğazının blokadadan çıxarılması, İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələlərinin müzakirə edildiyi danışıqlar keçirilib.
Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens vurğulayıb ki, Ştatlar öz “qırmızı xətlərini” dəqiq müəyyən edib, lakin Tehran Vaşinqtonun şərtləri ilə razılaşmayıb.
Hüseyn İbadlı



