Putin kiçik xalqların dilləri ilə bağlı göstəriş verdi

Rusiya Prezidenti Vladimir Putin azsaylı yerli xalqların dillərində məktəb dərsliklərinin hazırlanması üçün siyahının genişləndirilməsini təklif edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Rusiya lideri aprelin 30-da Moskvadakı “Manej” sərgi salonunda keçirilən “Bilik. Birincilər” federal maarifləndirmə marafonuna gedib və azsaylı yerli xalqların nümayəndələri ilə görüşüb. Söhbət zamanı həmin xalqların dillərində dərsliklərin yaradılması məsələsi müzakirə olunub.
“Bizdə dərsliklərin hazırlandığı federal siyahı var. Orada təxminən 32 dil mövcuddur, lakin bu siyahını mütləq genişləndirmək lazımdır”, – dövlət başçısı bildirib.
Putin qeyd edib ki, hazırkı siyahıda dillərin sayı azdır, ona görə də sayın artırılması vacibdir.
Hüseyn İbadlı



