AZERFAX TV

“Qəbələ” “Şamaxı”nı məğlub etdi

Misli Premyer Liqasında sonuncu – XXXIII turun açılış matçında “Qəbələ” “Şamaxı”nı məğlub edib.

AZERFAX.AZ xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

“Qəbələ”nin heyətində Seydina Keyta (4), Domi Massumo (33), Nicat Əliyev (36) fərqləniblər. “Şamaxı”nın qolunu isə Kərim Rossi (15) vurub.

Meydan sahibləri 24 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb.

Tura mayın 24-də yekun vurulacaq.

Related Articles

Bir cavab yazın

Back to top button