AZERFAX TV

Qəzza ilhaq edilib? – CENTCOM-dan ŞOK XƏRİTƏ

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində Yaxın Şərqin xəritəsini dərc edib.

AZERFAX.AZ xəbər verir ki, xəritədə Qəzza zolağı və İordan çayının qərb sahili İsrail ərazisi kimi göstərilib.

Xəritə komandanlıq rəhbərinin regiona səfəri haqqında məlumatla birlikdə paylaşılıb. Bununla yanaşı, Fələstin əraziləri İsraildən sərhədləri bildirən xətlərlə ayrılmayıb.

Bundan əvvəl Fələstinin xarici işlər naziri Varsen Ağabekyan Şahin bildirib ki, İsrailin İordan çayının qərb sahilində yaşayış məskənlərini daha da genişləndirmək planları dinc tənzimləmə üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Onun sözlərinə görə, məskunlaşma fəaliyyəti bütün formalarında, o cümlədən keçid məntəqələrinin yaradılması, yaşayış məskənlərinin genişləndirilməsi və Fələstin evlərinin sökülməsi də daxil olmaqla, hərbi cinayətdir, habelə beynəlxalq hüququn və BMT qətnamələrinin kobud pozulmasıdır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button