Ölkə
“Qalatasaray” Ukrayna klubunun gənc ulduzunu istəyir


Yay transfer pəncərəsi dövründə heyətini ulduz futbolçularla gücləndirə bilməyən İstanbulun “Qalatasaray” klubu gözünü Ukraynaya çevirib. Türkiyə təmsilçisi Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor Donetsk”in gənc müdafiəcisi Vinicius Tobiasın xidmətində maraqlıdır.
AZERFAX.AZ xəbər verir ki, bu iddia ilə Ukrayna mediası çıxış edib. Yerli mətbuat sarı-qırmızılı klubun “Şaxtyor Donetsk”in 22 yaşlı ulduzuna elçi düşdüyünü yazıb.
Məlumatda Tobiasın bu təklifə isti baxdığı qeyd olunub. Braziliyalı futbolçunun “Qalatasaray” forması ilə Çempionlar Liqində oynamağa həvəsli olduğu vurğulanıb.



