AZERFAX TV
Qaradağda qəza baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb

Bakının Qaradağ rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.



