AZERFAX TV

Qazaxıstanın Müdafiə Nazirliyində yoxlama aparmaq üçün komissiya yaradıldı

Qazaxıstanın Müdafiə Nazirliyində işlərin vəziyyəti, o cümlədən hərbi bölmələrin maliyyə və maddi-texniki təminatı kompleks şəkildə yoxlanılacaq.

AZERFAX.AZ Akordaya istinadla xəbər verir ki, bununla bağlı komissiyanın yaradılması barədə sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Komissiyaya Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva rəhbərlik edir. Komissiya sədrinin müavini vəzifəsinə Ali Audit Palatasının sədri Əlixan Smayılov təyin edilib.

Komissiyaya görülən işlərin ilkin nəticələri barədə yeddi gün müddətində məruzə etmək tapşırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button