Ölkə
“Qalatasaray”da Fatih Terim dövrü: Prezident olacaq?


İstanbulun “Qalatasaray” klubu baş məşqçi Okan Burukla yollarını ayıra bilər.
AZERFAX.AZ xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV sarı-qırmızılı komandanın gələn ay keçiriləcək “Barselona” matçından an azı 1 xal almayacağı təqdirdə Okan Burukla müqaviləyə xitam veriləcəyini yazıb.
Türkiyə mediası “Qalatasaray”da yalnız baş məşqçinin dəyişməyəcəyinə dair mülahizə irəli sürüb. Qonşu olkə mətbuatı əfsanəvi mütəxəssis Fatih Terimin “Qalatasaray”ın sükanı arxasına keçəcəyini iddia edib. Məlumata görə, Terim növbəti seçkilərdə klub prezidentliyinə namizəd olacaq.
Fatih Terim isə bu mövzuda danışmaqdan imtina edib. 74 yaşlı mütəxəssisin yayılan xəbərləri təkzib etməməsi razılıq əlaməti kimi qiymətləndirilib.



