AZERFAX TV

Qızmar hava Britaniyanı cənginə aldı

Böyük Britaniyada temperaturun +30°C və daha yüksək olduğu günlərin sayına görə rekord qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Bu il belə isti günlərin ümumi sayı 35-ə çataraq 1995-ci ildə qeydə alınmış 34 günlük əvvəlki rekordu təzələyib. Rekord bazar günü ölkənin cənub-şərqindəki Kent qraflığında havanın temperaturunun +30,6°C-yə yüksəlməsi ilə yenilənib.

Sinoptiklər gələn həftə Böyük Britaniyaya yeni isti dalğasının gələcəyini və havanın temperaturunun +35°C-yə yaxınlaşacağını gözləyirlər.

Avqustun 4-də Sloveniyada isti hava şəraitinə görə ölkənin yeganə atom elektrik stansiyasının dayandırıla biləcəyi barədə məlumat verilib.

Həmin gün Avstriyada havanın temperaturu rekord həddə – +41°C-yə çataraq +40,5°C təşkil edən əvvəlki rekordu geridə qoyub.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button