AZERFAX TV

Qonşumuzda qanunsuz şans oyunlarının reklamı qadağan edilir

Türkiyədə 1 avqust 2026-cı ildən etibarən qanunsuz şans oyunlarının reklamları qadağan olunacaq.

AZERFAX.AZ xəbər verir ki, bununla bağlı məlumat yayan Türkiyə Ticarət Nazirliyi “Kommersiya Reklamları və Haqsız Kommersiya Təcrübələri haqqında Əsasnamə”yə edilən dəyişikliklərin qüvvəyə minəcəyini bildirib.

Yeni qaydalara əsasən, qanunsuz şans oyunlarının reklamları ilə yanaşı, falçı, medium, astroloq və oxşar xidmətlərin reklamlarına tətbiq olunan qadağanın da əhatə dairəsi genişləndirilib.

Nazirlik bildirib ki, dəyişiklik istehlakçıların qanunsuz fəaliyyətlərə yönləndirilməsinin və aldadıcı reklamların qarşısını almaq, eyni zamanda rəqəmsal platformalarda daha təhlükəsiz və etibarlı reklam mühiti yaratmaq məqsədi daşıyır.

Qeyd edilib ki, istehlakçıları aldadan və qanunsuz kommersiya fəaliyyətlərini təşviq edən reklamlarla bağlı nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button