AZERFAX TV

Quterreş ABŞ və İran arasında sülh sazişini alqışladı

BMT-nin baş katibi Antonio Quterreş ABŞ və İran arasında sülh sazişini alqışlayır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə BMT baş katibinin Ofisi tərəfindən jurnalistlər arasında yayılan bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, Quterreş ABŞ və İran arasında dərhal və daimi atəşkəsi, Hörmüz boğazının açılmasını, gələcək danışıqlar üçün əsas olan razılaşmanın elan edilməsini alqışlayır.

Vurğulanır ki, bu, münaqişənin sülh yolu ilə həlli istiqamətində olduqca vacib addımdır.

Related Articles

Bir cavab yazın

Back to top button