AZERFAX TV
Fyuri dünyanın ən güclü adamanı məğlub etdi

Böyük britaniyalı ağır çəki boksçusu Tommi Fyuri İngiltərənin Mançester şəhərində keçirilən “Misfits Boxing” turniri çərçivəsində stounqmen Eddi Holl üzərində qələbə qazanıb.
AZERFAX.AZ xəbər verir ki, döyüş altı raunddan ibarət olub və hər raund iki dəqiqə davam edib.
Qarşılaşmanın əvvəlində Fyuri ehtiyatlı davranaraq rəqibinin hücumlarından yayınmağa üstünlük verib. Üçüncü və dördüncü raundlarda isə sürəti sayəsində təşəbbüsü ələ alıb. Döyüşün son hissəsində çoxsaylı klinçlər səbəbindən görüşün tamaşaçılıq səviyyəsi aşağı düşüb.
Nəticədə Tommi Fyuri hakimlərin səs çoxluğu ilə qalib elan olunub – 59:56, 58:56, 57:57.
Qeyd edək ki, Holl 2017-ci ildə “Dünyanın ən güclü adamı” yarışının qalibi olub.



