AZERFAX TV

Türkiyə sahillərində döyüş PUA-sı aşkar edildi

Türkiyənin Qara dəniz sahilində döyüş pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə IHA agentliyi məlumat yayıb.

Bildirilib ki, içərisində döyüş başlığı olan pilotsuz uçuş aparatı (PUA) aşkar edildikdən sonra yerli hüquq-mühafizə orqanları Bartın əyalətindəki Kapısuyu çimərliyini evakuasiya edib və təhlükəsizlik tədbirləri görüb. PUA-nın nəzarətli şəkildə məhv ediləcəyi bildirilib.

PUA-nın hansı ölkəyə aid olduğu hələlik müəyyən edilməyib, lakin ilkin ehtimallara görə, bu, Rusiya ilə Ukrayna arasındakı münaqişə zamanı istifadə olunan aparatdır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button