AZERFAX TV
“Real” dünya çempionunu baş məşqçi postuna gətirir?

Fransa millisinin baş məşqçisi Didye Deşam “Real”a rəhbərlik edə bilər.
AZERFAX.AZ xəbər verir ki, Madrid klubunun rəhbərliyi Deşamın fəaliyyətini yüksək qiymətləndirir. Həmçinin “Real”da çıxış edən fransalı futbolçular da onun haqqında müsbət fikirdədirlər.
Lakin bu təyinatın reallaşmasına mane ola biləcək əsas amil 2026-cı il dünya çempionatıdır. Madrid klubunda istənilir ki, yeni baş məşqçi turnirdən əvvəl təyin olunsun. Mütəxəssis isə yığma ilə mundialda mübarizə aparacaq.
Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında “üçrənglilər” 2018-ci ildə dünya çempionatının qalibi olub, həmçinin 2021-ci ildə Millətlər Liqasını qazanıblar.
Heybət



