AZERFAX TV
“Real” Karvaxalın yerinə oyunçu axtarır

“Real” növbəti mövsüm üçün heyət planlamasını davam etdirir.
AZERFAX.AZ xəbər verir ki, “The Athletic”in məlumatına görə, Madrid klubu sağ cinah müdafiəçisi mövqeyinə yeni futbolçu axtarır. Bildirilir ki, klub əsas məqsəd kimi Trent Alexander-Arnold üçün ehtiyat olacaq oyunçu transferini hədəfləyir.
“Real” daha sərfəli qiymətə sağ cinah müdafiəçisi almağı planlaşdırır. Qeyd olunur ki, hazırda bu mövqedə çıxış edən 34 yaşlı Daniel Karvaxal mövsümün sonunda klubu tərk etməlidir.



