AZERFAX TV

Rumıniya Moldovanın ən böyük limanını satın aldı

Rumıniya Dunay çayında yerləşən Moldovanın Curculesti limanını satın alıb.

AZERFAX.AZ xəbə verir ki, bu barədə Rumıniya hökumətinin saytında məlumat verilib.

Bəyanatda ölkənin ən böyük limanı olan Konstansanı idarə edən “Rumıniya Dəniz Limanları Administrasiyası” milli şirkəti tərəfindən beynəlxalq Curculesti limanının Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) alınması üzrə sövdələşmənin uğurla başa çatması alqışlanır.

Rumıniya hökuməti qeyd edib ki, bu sövdələşmə sayəsində Konstansa limanı regional haba çevrilmək hədəfi ilə Qara dənizdəki strateji rolunu möhkəmləndirəcək.

Rumıniya Dəniz Limanları Administrasiyası ötürücülük qabiliyyətini artırmaq, infrastrukturu müasirləşdirmək və limanın Qara dəniz regionu ilə Dunay hövzəsindəki əhəmiyyətini yüksəltmək üçün Curculesti limanının uzunmüddətli inkişafına investisiyalar yatırmaq niyyətindədir.

Buxarest tərəfindən vurğulanıb ki, bu investisiyalar nəticəsində limanın strateji rolu artacaq, onun əlverişli yerləşməsi isə “Ukraynanın gələcək bərpasına” kömək edəcək. Ümumilikdə isə limanın satın alınması Rumıniya və Moldova arasında iqtisadi və ticarət əlaqələrinin güclənməsinə xidmət edəcək. Aprelin 9-da məlum olmuşdu ki, Rumıniya hökuməti Curculesti limanının alınması üçün öz ehtiyat fondundan 281 milyon leydən (62 milyon dollar) çox vəsait ayırıb.

Curculesti limanı Prut və Dunay çaylarının qovuşduğu yerdə, Qara dənizdən 133 kilometr məsafədə yerləşir. O, 2006-cı ildə Kişinyovun Palanka sərhəd kəndi yaxınlığındakı avtomobil yolu sahəsinin əvəzində Kiyevdən 430 metrlik sahil zolağını almasından sonra tikilib. Moldovanın su yolu ilə həyata keçirilən ixrac-idxal daşımalarının 70%-dən çoxu bu limanın payına düşür. Bu obyekt ölkənin Dunay çayı vasitəsilə Qara dənizə çıxışını təmin edən yeganə limanıdır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button