Rusiya ilə Şimali Koreya hərbi əməkdaşlığı genişlənir, bu ölkələr üçün risk var

Şimali Koreya Rusiyanın silahla təchizatını davam edir, müharibədə qazanılan təcrübə isə rəsmi Pxenyana raket qabiliyyətlərini artırmağa imkan verə bilər.
AZERFAX.AZ xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq genişlənir.
Ukrayna lideri bildirib ki, eəsmi Pxenyan təkcə Moskvanı silahla təmin etmir, həm də Ukraynaya qarşı müharibədəki təcrübə sayəsində hərbi sahədə inkişafını təkmilləşdirmək imkanı qazanır.
“Təsəvvür edin, Rusiya Şimali Koreyadan əlavə ballistik raketlər alıb. Dünyanın hər yerində bunun nə demək olduğunu başa düşməlidirlər”, – Zelenski vurğulayıb.
O, bu cür əməkdaşlığın nəticələrinin Ukraynadan kənara da yayıla biləcəyi barədə xəbərdarlıq edib. Ukrayna Prezidenti Şimali Koreya silahlarından davamlı istifadənin Asiya-Sakit okean regionundakı digər ölkələr üçün əlavə risklər yaratmasının mümkün olduğunu diqqətə çatdırıb.



