Rusiya Qafanda konsulluq açacaq? – Bağır Məmiyev detalları açıqladı

Moskva və İrəvan Qafanda Rusiyanın Baş Konsulluğunun və Vladiqafqazda Ermənistanın konsulluq şöbəsinin açılması məsələsini müzakirə edirlər.
AZERFAX.AZ xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqazdakı nümayəndəliyinin rəhbəri Bağır Məmiyev “RİA Novosti” agentliyinə bildirib.
“Bu günə qədər Vladiqafqazda Ermənistan konsulluq şöbəsinin açılması, eləcə də Qafanda Rusiya Baş Konsulluğunun açılması məsələsi ikitərəfli gündəmdən çıxarılmayıb, lakin konkret tarixlər barədə danışmaq hələ tezdir”, – deyə Məmiyev bildirib.
Eyni zamanda, o, Xarici İşlər Nazirliyinin Vladiqafqazdakı nümayəndəliyinin Ermənistanın Rostov-na-Donu şəhərindəki Baş Konsulluğu, o cümlədən “Yuxarı Lars” keçid məntəqəsində erməni daşıyıcıları ilə bağlı sabit işgüzar münasibətlər qurduğunu vurğulayıb. “Yuxarı Lars” Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.
Müəllif: Tural



