Ölkə
İsmayıllıda azyaşlı qıcolmadan öldü


İsmayıllı rayonunda yeddi yaşlı uşaq qıcolmadan ölüb.
AZERFAX.AZ oxu.az-a istinadən xəbər verir ki, rayonun İsmayıllı kənd sakini 2019-cu il təvəllüdlü N.Rəhimov yaşadığı evdə qəfil epilepsiya keçirib. O, ailə üzvləri tərəfindən xəstəxanaya aparılarkən yolda qıcolmadan ölüb.
Faktla bağlı araşdırmalar aparılır.



