AZERFAX TV

Rusiya Sumını vurdu – 4 nəfər ölüb

Rusiyanın Ukraynanın Sumı vilayətinə dronlarla endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” ölkə polisinin bəyanatına istinadən məlumat yayıb.

Bundan əlavə, 9 nəfərin yaralandığı bildirilir.

“Yaşayış evləri, müəssisələr, kritik infrastruktur obyektləri, yanacaqdoldurma məntəqələri, nəqliyyat vasitələri və digər mülki obyektlər zədələnib”, – məlumatda qeyd olunub.

Ukrayna mediasının məlumatına görə, Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinə də hücum edib.

“Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Xarkova və vilayətin 15 yaşayış məntəqəsinə zərbələr endirib; 1 nəfər ölüb, daha 14 nəfər xəsarət alıb”, – Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button