AZERFAX TV

Ruslar Şimali Koreyaya axın edir

2026-cı ilin əvvəlindən rusiyalı turistlərin Şimali Koreyada istirahətə marağı artıb. Ölkəyə təşkil olunan turlara tələbat 15 faiz yüksəlib.

AZERFAX.AZ xəbər verir ki, bunu Rusiya Turizm Sənayesi İttifaqının eksperti İnna Muxina bildirib.

Onun sözlərinə görə, ötən illə müqayisədə Şimali Koreyaya səfər edən rusiyalı turistlərin sayında artım ən azı 10-15 faiz təşkil edib.

“İyul ümumiyyətlə rekord ay oldu. Müxtəlif turlarla, həm təyyarə, həm də dəmir yolu vasitəsilə 500 nəfər göndərdik”, – deyə ekspert bildirib.

O qeyd edib ki, rusiyalı turistlər xüsusilə Vonsan şəhərində çimərlik istirahətinə maraq göstərirlər. Səfərlər adətən Pxenyana ekskursiyalarla birləşdirilir.

Qeyd edək ki, iyun ayında Şimali Koreyanın Yapon dənizi sahilində rusiyalı turistlər üçün nəzərdə tutulan yeni “Vonsan-Kalma” kurort kompleksi fəaliyyətə başlayıb. İlk qonaqlar arasında 13 turistlə yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da olub.

Kurortun infrastrukturuna müasir hotellər, lazımi şəraitlə təchiz olunmuş çimərliklər, akvapark, əyləncə parkı, kinoteatr, kafe və restoranlar daxildir. Əvvəllər kompleksin yerləşdiyi ərazidə hərbi aerodrom olub. Daha sonra ərazi turistlərin qəbulu üçün mülki hava limanına çevrilib.

Ləman

Related Articles

Bir cavab yazın

Back to top button