AZERFAX TV

Səudiyyə Ərəbistanının iki klubu “Barsa”nın futbolçusunu istəyir

Səudiyyə Ərəbistanının iki klubu “Barselona”nın 22 yaşlı yarımmüdafiəçisi Mark Kasado ilə maraqlanır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə jurnalist Əkrəm Konur məlumat verib.

Bildirilib ki, “Əl-Hilal” və “Əl-Əhli” ispaniyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Hər iki klubun oyunçu üçün 40 milyon avroya qədər pul ödəməyə hazır olduğu bildirilir. Lakin Kasado qərar verməkdə tələsmir və bütün təklifləri diqqətlə nəzərdən keçirmək istəyir.

Keçən mövsüm Kasado bütün turnirlərdə 34 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçinin “Barselona” ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. “Transfermarkt” mütəxəssisləri oyunçunu 18 milyon avro dəyərində qiymətləndirirlər.

AZERFAX.AZ

Related Articles

Bir cavab yazın

Back to top button