AZERFAX TV

Salah maliyyə tələbini azaltdı – Agenti İstanbula gəldi

“Liverpul”dan ayrıldıqdan sonra azad agent olan Məhəmməd Salah “Beşiktaş”a keçmək üçün maliyyə güzəştlərinə getməyə hazırdır.

AZERFAX.AZ xəbər verir ki, jurnalist Yağız Sabuncuoğlunun verdiyi məlumata görə, misirli oyunçu əvvəlcə ildə 15 milyon avro məvacib istəsə də, müqavilənin bağlanması üçün danışıqlar zamanı gözləntilərini azaldıb.

Mənbənin məlumatına görə, Türkiyə klubu artıq ilk rəsmi təklifini verib. 34 yaşlı hücumçunun agenti müqavilənin detallarını müzakirə etmək üçün İstanbula gəlib.

“Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 22 milyon avrodur.

Related Articles

Bir cavab yazın

Back to top button