AZERFAX TV
Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi

İyulun 10-da Lefkoşada keçirilən tədbirdə halı pisləşən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Ərhürman xəstəxanaya yerləşdirilib.
AZERFAX.AZ xəbər verir ki, dövlət başçısı təcili yardım maşını ilə Burhan Nalbantoğlu adına Dövlət Xəstəxanasının kardiologiya şöbəsinə çatdırılıb.
İlkin açıqlamaya görə, T.Ərhürmanın təzyiqinin aşağı düşməsi səbəbindən səhhətində problem yaranıb. Onun ümumi vəziyyətinin normal olduğu, əlavə müayinələrin və müşahidələrin davam etdiyi bildirilir.



