AZERFAX TV

Son 2 ayda ölkəyə gətirilən botoks preparatlarında problem var

Qolaltı nahiyəsinə botoks etdirdikdən sonra sol qolunda hərəkət məhdudiyyəti yarandığını bildirən qadının paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, onun sözlərinə görə, prosedurdan dörd gün keçməsinə baxmayaraq, müraciət etdiyi həkimlər fərqli diaqnozlar qoyublar. Qadın məsuliyyətin proseduru həyata keçirən kosmetoloqun üzərində olduğunu bildirib.

Son günlər oxşar şikayətlərin artdığı bildirilir. Bəzi estetik həkimlər vəziyyət aydınlaşana qədər botoks prosedurlarını müvəqqəti dayandırdıqlarını açıqlayıblar.

Məsələ ilə bağlı həkim-kosmetoloqlar problemin preparatdan deyil, botoksun düzgün tətbiq olunmamasından və bəzi hallarda qeyri-rəsmi məhsullardan istifadədən qaynaqlandığını deyib. Onun sözlərinə görə, botoks əzələlərə təsir göstərdiyi üçün yanlış tətbiq zamanı müvəqqəti hərəkət məhdudiyyəti yarana bilər.

Problemə dair Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bildirilib ki, “Clostridium botulinum toxin type A” tərkibli preparat Azərbaycana sonuncu dəfə 2026-cı ilin iyun ayında idxal olunub, may ayında isə belə preparat gətirilməyib. Qurum qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlarda preparatın adı, seriyası və proseduru həyata keçirən müəssisə göstərilmədiyindən konkret məhsulla bağlı qiymətləndirmə aparmaq mümkün deyil. Mərkəz vətəndaşlara yalnız lisenziyalı tibb müəssisələrinə müraciət etməyi və rəsmi qeydiyyatdan keçmiş preparatlardan istifadə etməyi tövsiyə edib.(Milli.Az)

Related Articles

Bir cavab yazın

Back to top button