AZERFAX TV

Şotlandiya, Uels və Şimali İrlandiya birləşdi: Londona müstəqillik mesajı

Şotlandiya, Uels və Şimali İrlandiyanın birinci nazirləri üç xalqın öz müqəddəratını təyinetmə hüququnu qarşılıqlı dəstəklədiklərini bəyan ediblər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə üç tərəfin Kardiffdə keçirilən Kelt xalqları sammitində imzaladığı memorandumda bildirilib.

Sənəddə tərəflər hər üç xalqın öz gələcəyini müəyyən etmək hüququna dəstək ifadə ediblər. Bundan əlavə, iqtisadiyyat, enerji və beynəlxalq münasibətlər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Memorandumun imzalanma mərasimi Britaniya telekanalları tərəfindən canlı yayımlanıb.

Bundan əvvəl Uelsin birinci naziri və “Uels Partiyası”nın (Plaid Cymru) lideri Run ap Yorvert hökumətinin dəyişikliklər üçün “aydın mandat” aldığını bildirib.

Şotlandiyanın birinci naziri Con Suinni isə şotlandların ölkənin konstitusion gələcəyini müstəqil şəkildə müəyyən etməli olduğunu vurğulayıb.

Şimali İrlandiyanın birinci naziri Mişel O’Nil isə bir əsrdən çox əvvəl İrlandiyanın bölünməsinin müsbət nəticələr vermədiyini deyib.

Onun sözlərinə görə, London heç vaxt irlandların maraqlarını lazımi səviyyədə nəzərə almayıb.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button