AZERFAX TV

Stavropolda fövqəladə vəziyyət elan edildi

Rusiyanın Stavropol diyarında dron hücumundan sonra yerli səviyyədə fövqəladə vəziyyət elan edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov özünün “Telegram” kanalında məlumat verib.

O bildirib ki, Şpakovski rayonunun Vyazniki kəndinin sənaye zonasında iki yanğın baş verib. Daha sonra Şpakovski rayonu yaxınlığında, Stavropolun şimal sənaye zonasında da yanğın qeydə alınıb.

İlkin məlumatlara görə, ölən və ya xəsarət alan yoxdur.

Qubernator bildirib ki, sənaye obyektlərində baş verən yanğınlar tezalışan materialların partlamasına səbəb olur və buna görə də Stavropolda partlayış səsləri eşidilir.

Ehtiyat tədbiri olaraq, Vyazniki kəndi yaxınlığındakı evlərin sakinləri təhlükəsiz yerə köçürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button