Ölkə
Stavropolda fövqəladə vəziyyət elan edildi


Rusiyanın Stavropol diyarında dron hücumundan sonra yerli səviyyədə fövqəladə vəziyyət elan edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov özünün “Telegram” kanalında məlumat verib.
O bildirib ki, Şpakovski rayonunun Vyazniki kəndinin sənaye zonasında iki yanğın baş verib. Daha sonra Şpakovski rayonu yaxınlığında, Stavropolun şimal sənaye zonasında da yanğın qeydə alınıb.
İlkin məlumatlara görə, ölən və ya xəsarət alan yoxdur.



