“Sülh Şurası” HƏMAS-ın tərksilah planının təfərrüatlarını AÇIQLADI

Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsi planı Qəzza sektorunda yeraltı tunellərin və silah-sursat anbarlarının məhv edilməsini nəzərdə tutur.
AZERFAX.AZ “Al Hadath” telekanalına istinadla xəbər verir ki, bu barədə “Sülh Şurası”nın nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, təşəbbüs HƏMAS nümayəndələrinin Qəzzanın inzibati idarəçilik strukturlarında iştirakını nəzərdə tutmur. Bununla yanaşı, nümayəndə qeyd edib ki, bütün ağır və yüngül silahların ləğvi ilə bağlı hərəkatla danışıqlar davam etdirilir.
“Hərəkatla bu problemlə bağlı danışıqlar irəliləyir”, – “Sülh Şurası”nın nümayəndəsi bildirib.
İyulun 27-də HƏMAS Qəzza sektorunda nizamlanma planının indiyədək müzakirə olunan iki bəndini yerinə yetirməyə hazır olduğunu bəyan edib. Söhbət Fələstin anklavında nizamlanma planının 5-ci və 8-ci bəndlərindən gedir.
- 5-ci bənd HƏMAS-ın hərbiləşdirilmiş birləşmələrinin mülki idarəetmə sistemindən, eləcə də mülki strukturlarda cəlb olunmuş əməkdaşlardan ayrılmasını nəzərdə tutur.
- 8-ci bəndə əsasən, HƏMAS-ın hərbiləşdirilmiş dəstələrinin tərksilah edilməsi prosesi tədricən və beynəlxalq nəzarət altında həyata keçirilməlidir, silahların özü isə İsrailə deyil, “Sülh Şurası”nın hamiliyi altında və onunla əlaqələndirilərək fəaliyyət göstərəcək yeni Fələstin strukturlarına təhvil verilməlidir.
Hüseyn İbadlı



